İran XİN başçısının müavini Moskvaya göndərildi: O, kimlərlə görüşüb nə danışacaq?backend

İran XİN başçısının müavini Moskvaya göndərildi: O, kimlərlə görüşüb nə danışacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran xarici işlər nazirinin müavini Əli Bağeri Kani Rusiyalı rəsmilərlə görüşmək üçün Moskvaya səfər edib.

Nazir müavini Moskvada Rusiya prezidentinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi, eyni zamanda xarici işlər nazirinin müavini Mixayıl Boqdanov, Rusiya XİN rəhbərinin müavini Sergey Ryabkovla görüşəcək. Əli Bağeri Kani ABŞ-ın İrana tətbiq etdiyi ağır sanksiyalarla bağlı Rusiya, Çin və 3 Avropa ölkəsinin iştirakı ilə müzakirələr aparılacağını qeyd edib.
Nazir müavini bildirib ki, Rusiyalı rəsmilərlə görüşdə İran-Rusiya əlaqələri, eyni zamanda bölgədə baş verən son proseslər və beynəlxalq məsələlərlə bağlı müzakirələr aparılacaq.

//Sputnik Azərbaycan

Loading...