İran XİN: “İranın Azərbaycanla əlaqələri düzgün yoldadır”backend

İran XİN: “İranın Azərbaycanla əlaqələri düzgün yoldadır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İranın Azərbaycanla əlaqələri düzgün yoldadır və eyni ruhda davam edəcək”.

Bu sözləri İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Nasir Kənani bugünkü mətbuat konfransında deyib.

Nasir Kənani Azərbaycan Respublikasının İrandakı səfirliyinin fəaliyyətinin bərpası məsələsinə də toxunub.

“Azərbaycan Respublikasının İrandakı səfirliyinin fəaliyyətinin bərpası məsələsi iki ölkə arasında əməkdaşlığın və əlaqələrin tərəqqisində razılaşdırılmış məsələlərdən biri olub. Ümid edirik ki, bu məsələ birgə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək”, – deyə XİN sözçüsü qeyd edib.