İran XİN: “Nüvə sazişinin hazırkı forması yararlı deyil”backend

İran XİN: “Nüvə sazişinin hazırkı forması yararlı deyil”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hal-hazırda yaranan şərtlərə görə Birgə Hərtərəfli Fəaliyyət Planı (beynəlxalq nüvə sazişi – red.) indiki formada bərpa olunmamalıdır.

Oxu.Az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçı “Khabar-e Online” agentliyinə müsahibəsində bildirib.

“İndiki formada nüvə sazişi bizim üçün yararlı deyil. Nüvə məsələsi ilə bağlı vəziyyətimiz əhəmiyyətli dərəcədə yaxşılaşıb və biz əvvəlki şərtlərə qayıda bilmərik”, – Əraqçı bildirib.

O, həmçinin qeyd edib ki, İran danışıqlarda iştirak etməzdən əvvəl Vaşinqton siyasətini dəyişməlidir.