İran XİN: Professor Lütvəli Əfrasiyabın ABŞ-da həbsi əsassız və qanunsuzdurbackend

İran XİN: Professor Lütvəli Əfrasiyabın ABŞ-da həbsi əsassız və qanunsuzdur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq məsələlər üzrə ekspert və Miçiqan Universitetinin professoru Lütvəli Əfrasiyabın ABŞ-da həbs edilməsi İran tərəfindən birmənalı qarşılanmayıb.

Editor.az AZƏRTAC-a istinadən xəbər verir ki, İranın Xarici İşlər Nazirliyi bəyanatla çıxış edərək professorun həbsinin əsassız və qanunsuz olduğunu bildirib. Lakin ABŞ Ədliyyə Nazirliyi professoru İranın BMT yanındakı daimi nümayəndəliyi üçün casusluqda ittiham edib. Daimi nümayəndəliyin mətbuat katibi Əlirza Yusifi bildirib ki, L. Əfrasiyab beynəlxalq siyasət üzrə ekspert olduğu üçün onunla məsləhətləşə aparıb və burada casusluqdan söhbət gedə bilməz. Buna baxmayaraq, professor hələ ki, Nyu-York həbsxanasında saxlanılır.

İran XİN alimin həbsini həm də insan hüquqlarına zidd hesab edərək, beynəlxalq hüquq müdafiəsi ilə məşğul olan təşkilatlara müraciət ünvanlayıb. Həmin təşkilatlar isə alimin həbsinə biganə yanaşırlar.

Qeyd edək ki, 2019-cu ildə iranlı digər professor Məsud Süleymanı, ötən il isə professor Sirus Əsgəri ABŞ-da həbs olunub. Hər iki alimə qarşı casusluq ittihamı irəli sürülmüşdü. Lakin məhkəmə araşdırmasından sonra alimlərin heç bir günahının olmadığı müəyyən edilib. Bundan sonra S.Əsgəri ABŞ-ı birdəfəlik tərk edərək İrana qayıdıb.

Loading...