İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bəyan edib ki, İran Yaxın Şərqdə münaqişənin kəskinləşməsini istəmir.
Editor.az xəbər verir ki, İranın xarici işlər naziri Abdullahiyan CNN televiziyasına açıqlamasında belə deyib.
İranlı nazir həmçinin əlavə edib ki, Amerikanın Yaxın Şərqdəki maraqlarını hədəf alan müxtəlif qruplar tərəfindən həyata keçirilən hücumları heç bir sübut təqdim etmədən İrana aid etmək “tamamilə yanlışdır”.
//Gülnarə Abasova, Editor.az

