İran yalan üyüdür: Hadisənin baş verdiyi məkan cinayətin motivini izah edir – ŞƏRHbackend

İran yalan üyüdür: Hadisənin baş verdiyi məkan cinayətin motivini izah edir – ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumdan sonra İran mediası hadisənin motivlərini azdırmaq üçün yarış keçirir.

Uzun-uzadı sitatlar və başlıqlardan çıxarışlar vermək lazım deyil, sadəcə monitorinqlə İranın qənaətləri barədə xeyli geniş təəssürat yaranır.

Birinci, elə hadisə olan gün İran televiziyaları hadisəni törədən şəxsdən müsahibə almaq üçün sıraya durdular. Hərçənd ki, istintaq altında olan birinə belə şəraitin yaradılması hüquq baxımından da başadüşülən deyil.

İkinci, İran televiziyalarının ali rəhbərlikdən aldıqları missiyanın tamamlanmasını onlayn media resurları gerçəkləşdirir.

İranın əsas məqsədi diqqəti terror aktından yayındırmaq və öz kəşfiyyatının planlı hərəkətlərinə don geyindirməkdir. İranda istər rəsmi, istərsə də qeyri-rəsmi platformalardan tirajlanan “hadisə məişət zəminində olub” məlumatları Tehranın uydurma arqumentləri dövriyyədə saxladığının bariz nümunəsidir.

Fərz edək ki, hadisə terror aktı deyil və qəsdən adam öldürmək maddəsinə daha yaxındır, amma bu da cinayət faktıdır, özü də ağır.

Bu cinayətə görə isə, məsuliyyət İranın üzərindədir, indi nə dəxli var ki, hadisənin motivi nədir.

Hərçənd ki, videolara nəzər yetirəndə hadisənin bir şəxsin qisas almaq niyyətindən uzaq olduğu görünür. Əlində avtomat olan şəxsin planlı hərəkət sxemi ilə davrandığını görmək elə də çətin deyil.

Hadisənin planlı həyata keçirilməsini cinayətin baş verdiyi məkan da izah edir. Əli silahlı şəxs yüksək səviyyədə qorunan ərazidə neçə dəfə var-gəl edib Azərbaycan səfirliyini hədəfə alandan sonra ərazidə heç bir gücləndirici tədbirlər görülmür.

İran Zəngəzur dəhlizinin geostrateji əhəmiyyətinə qarşı çıxış etməkdə davam edir və baş verən hadisə həmin motivin kəşfiyyat səhnəsindəki tamaşasıdır.

İran etibarlı dövlət deyil. Tehran Azərbaycanın genişlənən əlaqələrinə, onun regionun konfiqurasiyasını qurmaq qabiliyyətinə qısqanc yanaşmağa davam edəcək.

Azərbaycan isə pərdəarxasında mühüm danışıqlar aparır, strateji təmkinlə adekvat həmlənin sərhədlərini təhlil edərək zəruri tədbirlərin miqyasını müəyyən edir.

Oxu.az