Yaxın Şərqdəki müqavimət qüvvələri İrandan asılı olmayaraq fəaliyyət göstərir.
Editor.az bildirir ki, bu bəyanatla bazar ertəsi İran Xarici İşlər Nazirliyinin rəhbəri çıxış edib. Yəmən də daxil olmaqla, bölgədəki müqavimət qüvvələri müstəqil və öz maraqları çərçivəsində hərəkət edir və İran İslam Respublikası onlara əmr vermir”, – Hüseyn Əmir Abdullahyan deyib.
Onun sözlərinə görə, Suriya və İraq İŞİD-ə və terrorizmə qarşı mübarizə üçün qüvvələr yaratmasaydılar, indi tamam başqa ölkələr olardı. Bundan əlavə, o əlavə edib ki, bu halda İsrail ə indiki sərhədlərindən kənara çıxacaqdı.
//Samir Qurbanov, Editor.az

