İran yeni lazer silahını və PUA-larını təqdim etdibackend

İran yeni lazer silahını və PUA-larını təqdim etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran silahlı qüvvələri dünya ictimaiyyətinə hərbi məsələlərdə yeni “arqumentlər” təqdim edib. Son təlimlər zamanı ölkə ordusu ilk dəfə lazer bombalarından və müasir ağır pilotsuz təyyarələrdən istifadə edib.

“İran qoşunları bu təlimlərdə ilk dəfə olaraq yüksək dəqiqliyə və nişan almaya, eləcə də böyük dağıdıcı gücə malik lazer bombaları sistemini nümayiş etdiriblər. Silah müxtəlif atmosfer və coğrafi şəraitdə uğurla istifadə edilə bilər”, – SNN agentliyi bildirir.

8-ə qədər bomba daşıya bilən ağır “Qəza” pilotsuz təyyarələrinin ilk dəfə istifadə edilməsi haqqında da məlumat var idi. Yeni PUA-lar havada 35 saata qədər qalmaq və 4 min km-dən çox məsafə qət etmək qabiliyyətinə malikdir. Təlimlər çərçivəsində pilotsuz təyyarə 8 hədəfi bombalayaraq bazasına qayıdıb.
Qeyd edək ki, bundan əvvəl İranda “Böyük Peyğəmbərin Qüdrəti-19” hərbi təlimləri keçirilib. Bu təlimlər çərçivəsində süni intellekt sisteminə malik raketlər buraxılıb.

//Samir Qurbanov, Editor.az