İran Zəngəzur dəhlizinin açılmasına niyə əngəl yaradır?-AÇIQLAMAbackend

İran Zəngəzur dəhlizinin açılmasına niyə əngəl yaradır?-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İran dünyada yeganə dövlətlərdəndir ki, yalanı institutlaşdırıb”.

Bu fikirləri Editor.az-a politoloq Natiq Miri İranın “Jamaran” nəşrinin məqaləsində yer alan “Əgər Zənzəgur dəhlizi reallığa çevrilsə, Azərbaycan Naxçıvana Ermənistanın Sünik vilayətindən, heç bir erməni nəzarət-buraxılış məntəqəsindən keçmədən sərbəst çıxış əldə edəcək. Bu İran-Ermənistan sərhədini həmişəlik kəsəcək”,- fikirlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, rəsmi Tehranda xarici siyasətlə bağlı konkret xətt mövcud deyil: “Bununla bağlı müxtəlif güc mərkəzləri var. Ona görə də İranın Xarici İşlər Nazirliyindən səsləndirilən hər hansı fikir mütləq qəbul edilməməlidir. Zəngəzur dəhlizinin hansı statusda açılmasından fərqli olmayaraq İran ilə Ermənistan arasında quru sərhədi bağlanmayacaq. Bunu rəsmi Tehran da yaxşı bilir. Sadəcə belə rəy formalaşdıraraq özləri üçün yeni bəhanələr yaradırlar . Bu sərhəddi kim bağlaya bilər? Yalnız İran və Ermənistan arasında razılaşdırma kontekstində baş tuta bilər ki, buna da kənar dövlətlər müdaxilə etmir. Əsl həqiqəti dilə gətirmirlər. Bu həqiqət ondan ibarətdir ki, “dəhliz” statusunda Zəngəzur dəhlizi açıldığı təqdirdə, gələcək perspektivdə türk dünyası bu regionda dəfələrlə güclənəcək. İran da bundan narahatdır. Ona görə də bu dəhlizi “Türk koridoru” adlandırırlar”.

Politoloqun fikrincə, Azərbaycanla Naxçıvan arasında quru sərhədi açılandan sonra İran regionda ikinci dərəcəli ölkəyə çevriləcəyindən qorxur: ” O, öz ərazisindən çəkilmiş dəhliz vasitəsi ilə Azərbaycanın İranla qovuşmasında maraqlıdır. Bu kontekstdə həm tranzit, həm də yol baxımından beynəlxalq dəhliz statusu qazanaraq uğur əldə etmək istəyir. Bu hal baş verərsə, rəsmi Bakını və region dövlətləri özündən asılı vəziyyətdə saxlamağı  bacaracaq. Ona görə də hər dəfə bu kimi təxribatlarla özlərinə haqq qazandırmaq istəyirlər. Ancaq İran nə vaxta qədər bu dəhlizin açılmasına əngəl ola biləcək? Bu Tehran üçün düşündürücü sual olmalıdır. Çünki ortada çox ciddi qlobal güclər, siyasi maraqlar var”.

//Safura Bənnayeva, Editor.az