İrana aid 1,1 milyon mərmi Ukraynaya göndərilibbackend

İrana aid 1,1 milyon mərmi Ukraynaya göndərilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ABŞ İrandan ələ keçirdiyi 1,1 milyon güllənin Ukraynaya göndərildiyini təsdiqləyib”.

Editor.az xarici mediaya istinadən bildirir ki, bunu Ağ Evin sözçüsü Karine Jan-Pyer gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının qətnaməsini pozaraq İran tərəfindən Yəməndəki husi milislərinə göndərildiyi düşünülən 1,1 milyon güllənin dekabr ayında ABŞ tərəfindən ələ keçirildiyini xatırladan Jan-Pierre bu sursatların Ukraynaya verildiyini təsdiqləyib.

“Biz Ukraynanın tiranlığa qarşı azadlıq mübarizəsini dəstəkləmək və İranın regionda və onun hüdudlarından kənarda sabitliyi pozan fəaliyyətlərinin qarşısını almaq üçün addımlar atmağa davam edəcəyik”, -deyə o qeyd edib.

Jean-Pierre bildirib ki, Ukraynaya verilən sursat yardımı ABŞ-ın bu məsələdə verdiyi vədlərin arxasında dayandığının sübutudur.

//Safura Bənnayeva, Editor.az