“İrana yaxınlığı ilə seçilən Suriya və Hindistandan bu cür reaksiya gözlənilən idi”- Politoloqdan AÇIQLAMAbackend

“İrana yaxınlığı ilə seçilən Suriya və Hindistandan bu cür reaksiya gözlənilən idi”- Politoloqdan AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qoşulmama Hərəkatında 120 ölkə arasından İranın mövqeyinə dəstək verən yalnız Suriya və Hindistan olub. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Qeyd olunub ki, bu üç ölkə sözügedən sənədlərin qəbuluna qarşı çıxan zaman səsləndirdiyi əsas iddia guya əvvəllər Qoşulmama Hərəkatında ayrı-ayrı ölkələrdə terror hücumlarının pislənmədiyi və bu ölkələr arasında ikitərəfli məsələlərin Qoşulmama Hərəkatı kimi beynəlxalq platformalara gətirilmədiyi olub. “Halbuki, Qoşulmama Hərəkatı bir çox hallarda üzv ölkələrində baş vermiş terror hücumlarını pisləyən, diplomatik missiyaların mühafizəsinə vurğu edən bir sıra sənədlər qəbul edib”,-deyə XİN-dən bildirilib.

Suriya və Hindistanın tutduğu mövqe ilə bağlı Editor.az-a açıqlama verən Bakı Dövlət Universitetinin professoru, politoloq Əlimusa İbrahimov bildirib ki, bu ölkələrin bu cür reaksiyası gözlənilən idi:

” Onlar terrorun İran tərəfindən təşkil olunduğuna qəti şəkildə əmin olduqları halda belə onun əleyhinə olan sənədə imza atmayacaqlar. Onların sənədin əleyhinə çıxmaqlarını əsaslandıran səbəbləri də gülüncdür. Çünki Suriya və Hindistan hər ikisi həm İrana yaxınlığı ilə seçilən ölkələrdir və həm də eyni zamanda, Ermənistanla müttəfiq hesab olunurlar. Bu ölkələrdən Azərbaycanın mövqeyini dəstəkləmək kimi bir addım gözləmək mümkün deyil. Biz müxtəlif beynəlxalq təşkilatlarda bu tipli hadisələrin şahidi olmuşuq. Bütün bunlara baxmayaraq öz mübarizəmizi aparırıq və aparacağıq. 100-dən yuxarı dövlət Tehranda baş verən terror hadisəsi ilə bağlı Azərbaycanla həmrəy olduğunu bildirib. Bu say hər keçən gün artır. Artıq bütün dünyada İran dövlət terroru ilə məşğul olan bir quruluş imici qazanıb. Düşünürəm ki, beynəlxalq hüququn imkan verdiyi bütün vasitələrdən istifadə edərək Azərbaycan öz həqiqətlərini yaymaqda davam etməlidir”.

//Gülnarə Abasova, Editor.az