Tehran meri Əlirza Zəkaninin sözlərinə görə, dekabrın sonundan bəri İranı bürüyən kütləvi etirazlar zamanı paytaxtda infrastruktur və nəqliyyat vasitələri, o cümlədən 150 tibbi maşın zərər görüb.
Bir müddət əvvəl İran paytaxtının meri təcili yardım maşınlarından əlavə, üç tibb mərkəzi və təcili yardım xidməti binasının, eləcə də 25 məscidin, 10 dövlət və bələdiyyə binasının, 26 bankın və 24 özəl yaşayış yerinin vandalizm hücumuna məruz qaldığını bildirmişdi.
İranın özəl xəbər agentliyi olan Tasnim-in məlumatına görə, etirazçılar yanğınsöndürən maşınlara və avtobuslara da zərər vurub.
Qeyd edək ki, etirazlar İranda 29 dekabr 2025-ci ildə başlayıb.
//Samir Qurbanov, Editor.az

