Ermənistan Müdafiə Nazirliyi 160 erməni hərbçinin İran İslam Respublikasında həbsdə olması barədə xəbəri şərh edib.
Editor.az “Armenian News”a istinadla xəbər verir ki, nazirliyin açıqlamasında deyilir: “İranda ən azı bir erməni əsgərinin olması barədə məlumatımız yoxdur”.
Qeyd edək ki, 44 günlük İkinci Qarabağ müharibəsi zamanı 160 erməni əsgərinin Ermənistan-İran sərhədini keçməsi barədə mətbuatda məlumatlar yayılıb.
Deputat Naira Zohrabyan da bu məlumatlara əsasən, erməni əsgərlərinin dustaq saxlanıldığını iddia edib.

