İranda 7 ildən sonra bir ilkbackend

İranda 7 ildən sonra bir ilk

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan 7 ildən sonra Tehranla Ər-Riyad arasında münasibətlərin bərpasından sonra ilk dəfə Səudiyyə Ərəbistanına gedib.

Editor.az xarici mediaya istinadən bildirir ki, İran xarici işlər naziri Abdullahiyanın səfər çərçivəsində həmkarı Feysəl bin Ferhan başda olmaqla Səudiyyə Ərəbistanının yüksək səviyyəli rəsmiləri ilə görüşü gözlənilir.

Abdullahiyanın səfəri zamanı İran və Səudiyyə Ərəbistanı arasında ikitərəfli münasibətlər, regional və qlobal məsələlər müzakirə olunacaq

Onu da qeyd edək ki, iki ölkə arasında münasibətlər 2016-cı il yanvarın 2-də Səudiyyə Ərəbistanında şiə din xadimi Nimr ən-Nimr də daxil olmaqla, 47 nəfərin “terrorçuluq” ittihamı ilə edam edilməsindən sonra kəsilib.

//Safura Bənnayeva, Editor.az