İranda ard-arda zəlzələlər olubbackend

İranda ard-arda zəlzələlər olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün səhər saatlarında Buşehr əyalətinin Əsəluye şəhərində bir neçə zəlzələ baş verib.

Bu baradə “Azad İran” “Telegram” kanalı məlumat verib.

Məlumata görə, yerli vaxtla saat 00:33-də 27 kilometr dərinlikdə Rixter cədvəli üzrə 4.1 bal gücündə ilk zəlzələ qeydə alınıb.

Bundan yeddi dəqiqə sonra bölgədə 3.7 bal gücündə ikinci təkan baş verib. Daha sonra saat 01:43-də isə 2.9 bal gücündə üçüncü zəlzələ müşahidə olunub.

Zəlzələlər nəticəsində dağıntı və insan itkisi ilə bağlı məlumat verilməyib.