İranda Azərbaycanla münasibətlərə kim cavabdehdir: Diplomatlar, yoxsa generallar? – VİDEObackend

İranda Azərbaycanla münasibətlərə kim cavabdehdir: Diplomatlar, yoxsa generallar? – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran diplomatları İran-Azərbaycan münasibətlərində gərginliyin yaranmasında bir qayda olaraq medianı günahlandırırlar.

Bu barədə “Azad İran” “YouTube” kanalında yerləşdirilən süjetdə qeyd edilib.

Bildirilir ki, elə dünən İranın Azərbaycandakı keçmiş səfiri Möhsün Pakayin bir müsahibəsində medianın İran-Azərbaycan münasibətlərinə daim xəsarət yetirdiyini və zərər vurduğunu dönə-dönə qeyd edib.

Nədənsə İran diplomatları Azərbaycanla münasibətlərə mənfi təsir göstərən öz oyunçularından birini, İslam İnqilabının Keşikçiləri Korpusu, yəni SEPAH və onun yüksək rütbəli zabitlərini unudurlar.

Bu bir həqiqətdir ki, SEPAH-ın Azərbaycana yönəlik təhdid xarakterli bəyanatları zaman-zaman diplomatların müsbət ritorikasını kölgədə qoyub və onların günahlandırdığı medianı da reaksiya verməyə məcbur edib. Buna baxmayaraq İran diplomatları bu həqiqəti görməzdən gəliblər.

Daha ətraflı süjetdə: