“İranda baş verən prezident dəyişikliyi bundan sonrakı münasibətlərə ciddi təsir etməyəcək”- Müşfiq Cəfərovbackend

“İranda baş verən prezident dəyişikliyi bundan sonrakı münasibətlərə ciddi təsir etməyəcək”- Müşfiq Cəfərov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İran prezidenti İbrahim Rəisi və helikopterdə olan digər şəxslərin ölümü həqiqətən çox sarsıdıcı xəbər oldu. Düşünürəm ki, bu hadisə hər kəs üçün gözlənilməz oldu”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

Onun sözlərinə görə, İranla son zamanlar dövlətlərarası münasibətlərin kəskinləşməsi və yenidən dostluq əlaqələrinin xatırlanması olduqca təbii hadisələrdir:

“Çünki siyasət və idarəçilikdə maraqların toqquşması, zidd gəlməsi mümkün hallardır. Tarix boyu İranla dostluq qardaşlıq münasibətlərimiz olub. Bundan sonra da bizim əlaqələrimiz davam edəcək. İran və Azərbaycan münasibətləri siyasi liderlərin iradəsi ilə yanaşı dövlətlərarası maraqlara əsaslanır. Qonşu ölkə İranda baş verən prezident dəyişikliyi bundan sonrakı münasibətlərə ciddi təsir etməyəcək. Hesab edirəm ki, İranın növbəti prezidenti də dövlətinin maraqları çərçivəsində əməkdaşlıq əlaqələrini davam etdirəcək”.

//Gülnarə Abasova, Editor.az