İranda binanın uçması nəticəsində ölənlərin sayı 18-ə çatıbbackend

İranda binanın uçması nəticəsində ölənlərin sayı 18-ə çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın Xuzistan əyalətinin Abadan şəhərində  10 mərtəbəli binanın uçması nəticəsində ölənlərin sayı artıb.

Editor.az “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, Abadan şəhər İcra Hakimiyətinin başçısı İhsan Abbasipur bildirib ki, dağıntılar altında qalanların dəqiq sayı məlum olmasa da indiyədək 18 nəfərin cəsədi tapılıb.

“Dağıntılar altından xilas olunaraq çıxarılan şəxslərin bir çoxu artıq xəstəxanada müalicələrini başa vuraraq evə yola salınıb. Biz dağıntılar altından sonuncu şəxsi tapana qədər axtarışlarımızı davam etdirəcəyik”,- deyə İhsan Abbasipur bildirib.

//Nəzərbəy Hacıağayev, Editor.az