İranda daha bir nüvə mütəxəssisi şübhəli şəkildə öldü – FOTObackend

İranda daha bir nüvə mütəxəssisi şübhəli şəkildə öldü – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər İranın Nətənz nüvə obyektində çalışan daha bir nüvə mütəxəssisi – Kamran Mollapurun şübhəli şəkildə dünyasını dəyişməsi barədə məlumat yayılıb.

“Azad İran”ın verdiyi məlumata görə, Mollapurun ölümü də mayın 30-da, yəni Eyyub İntizarinin Yəzd, Əli İsmayılzadənin isə Kərəc şəhərlərində ölümü ilə eyni vaxtda baş verib.

İsrail Ordusunun Araşdırma Birliyinin İran bölməsinin keçmiş rəisi Denis Citrinoviç nəşrə açıqlamasında bildirib ki, son vaxtlar İranda baş verən şübhəli ölümlərin vaxtı maraqlıdır və bu, onların təsadüfi olmasını şübhə altına alır.

Xatırladaq ki, İran rəsmiləri indiyə qədər Kamran Mollapurun ölümü ilə bağlı açıqlama verməkdən boyun qaçırıblar. Son günlərdə bir neçə “Telegram” kanalı və “Twitter” səhifəsi Mollapurun şəklini paylaşaraq onun ölümü ilə bağlı xəbər yayıblar. İzə şəhər sakini Mollapur nüvə üzrə doktorluq dərəcəsi almış mütəxəssislərdən biri olub. Hökumət rəsmiləri onun ölümü ilə bağlı ailəsinə açıqlama verərkən səbəb kimi Nətənz nüvə obyektində baş verən hadisəni səbəb olaraq iddia ediblər.