İranda dəhşət: “İnsanlar küçələrə axışıb”backend

İranda dəhşət: “İnsanlar küçələrə axışıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran dövlət televiziyasının məlumatına görə, Xürrəmabad şəhərində güclü silkələnmə ilə yanaşı, gur səs də eşidilib.

Editor.az xarici mediaya istinadən bildirir ki, Tehran Universitetinin Geofizika İnstitutu bölgədə heç bir zəlzələ qeydə almayıb.

Lorestan əyalətinin Böhran İdarəetmə İdarəsinin baş direktoru bildirib ki, bölgədə heç bir zəlzələ və ya partlayış qeydə alınmayıb, yeraltı təkan və səsin mənbəyi hələ müəyyən edilməyib. İran rəsmisi partlayış ehtimalının uzaq olmadığını, məsələ ilə bağlı araşdırmaların davam etdiyini və ictimaiyyətə məlumat verəcəklərini bildirib.

“Tesnim” xəbər agentliyi şəhərdəki bəzi vətəndaşların şiddətli sarsıntı və səs-küy səbəbiylə küçələrə çıxdığını açıqlayıb.

//Safura Bənnayeva, Editor.az