Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, İranda uzunmüddətli qeyri-sabitlik yaranarsa, region bunun öhdəsindən gələ bilməyəcək: “Bizim üçün vacibdir ki, İran əsas beynəlxalq oyunçularla problemlərini həll etsin və regiona yayıla biləcək qeyri-sabitliyin qarşısını alsın. Bizim prioritetimiz güc tətbiqinə səbəb olan vəziyyətin qarşısını almaqdır.”, – Hakan Fidan bildirib.
Xarici işlər naziri həmçinin qeyd edib ki, Türkiyə 12 günlük müharibə zamanı baş verdiyi kimi, ABŞ və ya İsrailin təcavüzünün təkrarlanmasını istəməz.
Fidanın sözlərinə görə, Türkiyə məsələləri dialoq yolu ilə həll etməkdə israr etməyə davam edəcək və həmçinin öz diplomatik səylərini göstərəcək. O, həmçinin ümid etdiyini bildirib ki, amerikalı və iranlı həmkarları bu məsələni ya müstəqil, ya da vasitəçilik yolu ilə həll edə biləcəklər.
//Samir Qurbanov, Editor.az

