İranda dörd nəfər edam edildi: “Mossad”la əməkdaşlığa görəbackend

İranda dörd nəfər edam edildi: “Mossad”la əməkdaşlığa görə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran hakimiyyəti İsrail kəşfiyyat xidməti –“ Mossad”la əməkdaşlıq ittihamı ilə 4 nəfəri edam edib.

Editor.az xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb. Məlumata görə, dörd nəfər – Hüseyn Orduxanzadə, Şahin İmani Mahmudabad, Milad Əşrəfi Atbatan və Mənuçöhr Şahbəndi Becandi hələ iyun ayında İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən həbs edilib. İran hakimiyyəti hesab edir ki, onlar Mossad zabitlərindən silahdan istifadə və insanları oğurlamaqla bağlı təlimatlar alıblar. Bunun müqabilində isə İsraildən kriptovalyuta ilə pul qazanıblar.

Qeyd edək ki, İran hakimiyyət orqanları müntəzəm olaraq “Mossad” agentlərinin müəyyən edilməsi üzrə əməliyyatlar haqqında məlumatlar verirlər. May ayında İslam İnqilabı Keşikçiləri Korpusu İsrail xüsusi xidmət orqanlarına işlədiyi iddia edilən qrupun ləğv edildiyini açıqlamışdı. Onların sözlərinə görə, qrup üzvləri insanları oğurlayıb, ifadə verməyə məcbur edib, həmçinin şəxsi və ictimai əmlakı dağıdıblar.

Aprelin sonunda İran hakimiyyəti üç İsrail agentinin saxlandığını elan etmişdi. Mart ayında isə İran İraq Kürdüstanının paytaxtı Ərbilə raket hücumuna görə məsuliyyəti öz üzərinə götürmüşdü. Zərbənin hədəfi iki “Mossad” mərkəzi olmuşdu.

  //Samir Qurbanov, Editor.az