İranda etirazlar yenidən alovlanırbackend

İranda etirazlar yenidən alovlanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda sentyabrın 17-də Məhsa Əmini dünyasını dəyişdikdən sonra başlayan, axşamlar pəncərələrdən və eyvanlardan hökumət əleyhinə şüarlar səsləndirən aksiyaçılar yenidən küçələrə axışıb.

Editor.az xarici mediaya istinadən bildirir ki, sosial şəbəkələrdə yayılan görüntülərə görə, Gilan vilayətinin inzibati mərkəzi Rəştdə küçələrə çıxan izdihamlı qrup nəqliyyatın hərəkətini dayandıraraq şüarlarla yürüş ediblər.
Şəhərin müxtəlif bölgələrinə aid olduğu iddia edilən bəzi görüntülərdə nümayişçilərin yolda atəş yandırdığı və rejim əleyhinə şüarlar səsləndirdiyi görülüb.

Elborz vilayətinin Kərəc şəhərində çəkildiyi bildirilən görüntülərdə hökumət əleyhinə şüarların müşayiəti ilə küçələrdə gəzən izdihamlı qruplar yer alıb. Paytaxt Tehranda nümayişlər təşkil edən qruplar siyasi məhbusların azadlığa buraxılmasını tələb ediblər.

//Safura Bənnayeva, Eritor.az