İranda fonda hücum olub:4 ölü, 5 yaralıbackend

İranda fonda hücum olub:4 ölü, 5 yaralı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın qərbində İlam şəhərində “Müstəzaflar Fondu”nun binasına daxil olan şəxs fondun əməkdaşlarını girov götürüb.

Editor.az “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, hadisə yerinə polis gələnə qədər cinayətkar şəxs girovlardan dördünü öldürüb, beşini isə yaralayıb. Polisin verdiyi məlumata görə, cinayəti törədən şəxs bir neçə müddət əvvəl həmin fondda işləyirmiş. Daha sonra işdən çıxarılan şəxs intiqam hissi ilə bu terror aktını törədib.  Hadisəni törədən şəxs hadisədən dərhal sonra  intihar edib.

Qeyd edək ki, İranın dini lideri Ayətullah Əli Xameneiyənin nəzarətində olan  fond daşınmaz əmlak, bank və sığorta sektorlarında fəaliyyət göstərir.

//Nəzərbəy, Editor.az