İranda “Google Play” və “WhatsApp” messencerindən istifadəyə qoyulan qadağa ləğv olunurbackend

İranda “Google Play” və “WhatsApp” messencerindən istifadəyə qoyulan qadağa ləğv olunur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran hakimiyyəti ölkədə “Google Play” proqram mağazası və “WhatsApp” messencerindən istifadəyə qoyulan qadağanı aradan qaldırmaq qərarına gəlib.

Editor.az bildirir ki, bu barədə yerli İRNA xəbər agentliyi məlumat yayıb. Yayda vəzifəsinin icrasına başlayan İran prezidenti Məsud Pezeşkian internet məhdudiyyətlərini yüngülləşdirəcəyini vəd edib. Dəqiqləşdirilir ki, müvafiq qərarı İslam Respublikasının İnformasiya Təhlükəsizliyi üzrə Ali Şurasının iştirakçıları qəbul ediblər. Təşəbbüs səs çoxluğu ilə dəstəklənib.

Xatırladaq ki, hər iki xidmət İranda 2022-ci ildə 22 yaşlı kürd qadın Məhsa Aminin ölümü ilə başlayan etirazlardan sonra bağlanıb.

//Samir Qurbanov, Editor.az