İranda koronavirusa qarşı peyvəndlənmə bu həftə başlayacaqbackend

İranda koronavirusa qarşı peyvəndlənmə bu həftə başlayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səhiyyə və Tibbi Təhsil Nazirliyinin prioritetlərinə əsasən koronavirusa qarşı peyvəndləmə bu həftə İranda başlayacaq.
Editor.az Trend-ə istinadən bildirir ki, bu barədə İran prezidenti Həsən Ruhani koronavirusla mübarizə üzrə milli qərargahın iclasında bildirib.

Onun sözlərinə görə, ölkədə koronavirusa qarşı peyvəndləmə fevralın 10-dan əvvəl başlayacaq:

“Ölkədəki bütün təşkilatlar koronavirusa qarşı peyvəndləməyə hazırlaşıblar və xoşbəxtlikdən peyvəndin ilk partiyası artıq gəldi”.