İranda koronavirusa yoluxanların sayı artıbbackend

İranda koronavirusa yoluxanların sayı artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda bu günədək (18 mart) yeni koronavirusa (COVID-19) yoluxanların sayı 17 361 nəfərə çatıb.

Editor.az  xəbər verir ki, bu barәdә Trend İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinə istinadən məlumat verib. Nazirliyin mәtbuat xidmәtinin müdiri Kiyanuş Cahanpurun sözlərinə görə, ötən sutka ərzində bu virusa 1 192 nəfər yoluxub.

Cahanpur əlavə edib ki, İranda bu günədək koronavirusdan ölənlərin sayı 1135 nəfərə yüksəlib.

Nazirlik rəsmisi ötən sutkada 147 nəfərin virusdan öldüyünü deyib.

O bildirib ki, indiyədək koronavirusdan 5 710 nəfər sağalıb.