İranın cənub-qərbində, Şüştər şəhərində “Pars Petro Şüştər” neft emalı zavodu yanır.
Ən azı bir nəfərin öldüyü və bir neçə nəfərin yaralandığı barədə məlumat var.
Editor.az bildirir ki, bu barədə oktyabrın 15-də “Reuters” agentliyi yazıb. Yerli hakimiyyət insidentə səbəb kimi yük maşınının yanacaq çənləri ilə toqquşmasını göstərib.
Onlar həmçinin qeyd ediblər ki, alov “nəzarət altına alınsa da, yanğınsöndürənlər və xilasedicilər hadisə yerindədir”.
//Samir Qurbanov, Editor.az

