İranda noyabrın 30-dan bəri 5 mindən çox tələbə zəhərlənibbackend

İranda noyabrın 30-dan bəri 5 mindən çox tələbə zəhərlənib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

3 aydan çoxdur ki, kütləvi zəhərlənmə hallarının müşahidə olunduğu İranda 230-dan çox qız məktəbində 5 mindən çox şagirdin zəhərləndiyi bildirilib.

Editor.az İran Tələbələr Xəbər Agentliyinin (İSNA) verdiyi məlumata istinadən xəbər verir ki, İran parlamentinin zəhərlənmə halları üzrə araşdırma komissiyasının üzvü Məhəmməd Həsən Əsferi mövzu ilə bağlı açıqlamalar verib. Asferi bildirib ki, kütləvi zəhərlənmə halları ilə bağlı dünən Kəşfiyyat, Daxili İşlər, Təhsil, Səhiyyə nazirlikləri, İnqilab Keşikçiləri və polis idarəsinin iştirakı ilə iclas keçirilib. Yığıncaqda təqdim olunan hesabatlara toxunan Asferi 30 noyabr 2022-ci ildən bəri 25 ştatda 230 məktəbdə 5 mindən çox oğlan və qız tələbələrin zəhərləndiyini açıqlayıb.

Zəhərlənmənin səbəbini müəyyən etmək üçün müxtəlif testlər aparıldığını bildirən İran rəsmisi, zəhərin növü və ya mənbəyini müəyyən etmək mümkün olmadığını və araşdırmaların davam etdiyini bildirib.

Asferi bildirib ki, təsdiq olunmayan məlumata görə, bəzi yerlərdə çürük meyvə qoxusuna bənzər qaz emissiyasının olduğu barədə açıqlamalar var. Araşdırma Komissiyasının üzvü Əsferi əlavə edib ki, Səhiyyə Nazirliyi hadisəni ciddi şəkildə izləyir və nazirlikdən nəticə gözləyir.

//Gülnarə Abasova, Editor.az