İranda ötən sutka 153 nəfər koronavirusdan ölübbackend

İranda ötən sutka 153 nəfər koronavirusdan ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda ötən sutka ərzində 153 nəfər koronavirusdan (COVID-19) ölüb.

Yenisabah.az xəbər verir ki, bununla da İranda bu virusdan ölənlərin sayı 54 156 nəfərə yüksəlib.

İranda ötən 24 saat ərzində 6 261 nəfər koronavirisa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1 177004  nəfərə çatıb. Virus daşıyıcılarından 5 419 nəfərin vəziyyəti ağırdır.

İranda indiyədək 914194 nəfər koronavirusdan sağalıb.