İranda parlament seçkiləri keçirilirbackend

İranda parlament seçkiləri keçirilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda Ekspertlər Şurasına və Məclisə seçkilər üçün səsvermə başlayıb.

Səhər saat 8-dən etibarən bütün əyalətlərdə seçki məntəqələri açılıb. Onların işi uzadılma ehtimalı ilə saat 18.00-a qədər davam edəcək. Ölkədə 60 milyona yaxın insanın səsvermə hüququndan istifadə edəcəyi planlaşdırılır.

Ekspertlər Şurası və ya Ekspertlər Məclisi İranın ən yüksək qanunverici orqanıdır. O, səkkiz il müddətinə seçilən 88 üzvdən ibarətdir. Ekspertlər Şurasının əsas funksiyası ölkədə ali siyasi və dini xadim olan İranın Ali Rəhbərini seçmək və işinə nəzarət etməkdir. Ekspertlər Şurasına seçkilərlə yanaşı, Məclisə, yəni İran parlamentinə seçkilər də var.

Məclis İranın qanunverici orqanıdır və 290 üzvdən ibarətdir, onlar 4 il müddətinə seçilirlər. Məclis üzvlüyünə namizədlər müxtəlif siyasi partiya və hərəkatları, müstəqil namizədləri təmsil edirlər. Ekspertlər Şurasına və Məclisə seçkilərdə səsvermə İranın bütün şəhər və rayonlarında keçirilir. 18 yaşına çatmış İran vətəndaşlarının seçkilərdə iştirak etmək və öz nümayəndələrini seçmək hüququ var.

//Samir Qurbanov, Editor.az