İranda partlayış: 2 ölü, 7 yaralıbackend

İranda partlayış: 2 ölü, 7 yaralı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın Novsud şəhərində 4 mərtəbəli binada partlayış baş verib. Editor.az xarici istinadən xəbər verir ki, İranın Təcili Yardım Agentliyinin sözçüsü Müctəba Xalidi hadisə nəticəsində 2 nəfərin öldüyünü, 7 nəfərin isə yaralandığını bildirib.

“Yaralılardan dördünün vəziyyəti ağırdır. Ölü və yaralı sayının artacağını gözləyirik. Partlayışın hansı səbəbdən baş verdiyi məlum deyil. İlkin məlumata görə isə partlayış qaz sızmasından baş verib”,- deyə Müctəba Xalidi bildirib.

//Nəzərbəy Hacıağayev, Editor.az