İranda prezident seçkiləri ikinci tura qaldı – YENİLƏNİBbackend

İranda prezident seçkiləri ikinci tura qaldı – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda prezident seçkilərində heç bir namizəd çoxluğu təmin edə bilmədiyindən islahatçı Məsud Pezeşkian və mühafizəkar Səid Cəlili ikinci turda yarışacaq.

Editor.az  APA-ya istinadən bildirir ki, İran Daxili İşlər Nazirliyi yanında Seçki Qərargahı Məsud Pezeşkian və Səid Cəlilinin 2024-cü il iyulun 5-nə təyin edilmiş ikinci tura namizədliyini rəsmən təsdiqləyib.

Ümumilikdə 24,535,185 bülleten hesablanıb. Məsud Pezeşkian 10,415,991 səslə liderlik edir. İkinci yerdə 9,473,298 səslə Səid Cəlilidir. Namizədlərdən heç biri səs çoxluğu əldə edə bilmədiyinə görə iyulun 5-i cümə günü ölkə üzrə ikinci tur seçki keçiriləcək.

———
10:48

İranın sabiq səhiyyə naziri, “İslahatçılar” düşərgəsinin nümayəndəsi Məsud Pezeşkian 19 milyon səsin hesablanmasına görə, öndədir.

Editor.az  axar.az-a istinadən bildirir ki, bunu İran DİN yanında Seçki Qərargahının sözçüsü Möhsün İslami deyib.

M.İslami bildirib ki, 58 min seçki məntəqəsindən 47,6 minində bülletenlər hesablandıqdan sonra Məsud Pezeşkian 8,3 milyon, İranın Ali Liderinin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlili 7,18 milyon, İran parlamentinin sədri Məhəmməd Bagir Qalibaf 2,67 milyon və sabiq təhlükəsizlik rəsmisi Mustafa Purməhəmmədi isə 158 min səs toplayıb.

——-
08:34

İranda növbədənkənar prezident seçkilərində indiyədək hesablanan səslərdən sonra Məsud Pezeşkian liderdir.

APA xəbər verir ki, bu barədə ölkənin Seçki Qərargahının sözçüsü Möhsün Eslami bildirib.

12 058 843 bülletenin hesablanmasından sonra Məsud Pezeşkian 5 354 000 səslə növbəti dəfə liderlik edir. Onun ardınca 4 875 269 səslə Səid Cəlili ikinci, Məhəmməd Baqer Qalibaf 1 620 628 səslə üçüncü, Mustafa Purməhəmmədi isə 95172 səslə dördüncü sırada qərarlaşıb.

——-

08:11

İranın mənəvi liderinin ölkənin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi, mühafizəkarlar qanadına mənsub olan Səid Cəlili növbədənkənar prezident seçkilərində 10 milyon 366 min səsi (ümumilikdə 61 milyon seçici) hesabladıqdan sonra liderlik edir.

Editor.az  Trend-ə istinadən xəbər verir ki, bu barədə İran DİN yanında Seçki Qərargahının sözçüsü Möhsün Eslami deyib.

Onun sözlərinə görə, 58 min seçki məntəqəsindən 28 minində bülletenlərin hesablanmasından sonra Cəlili 4,266 milyon, Səhiyyə Nazirliyinin keçmiş rəhbəri Məsud Pezeşkiyan 4,244 milyon səs toplayıb. İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibafın lehinə 1,385 milyon insan səs verib. Dördüncü prezidentliyə namizəd – daxili işlər və ədliyyə nazirliklərinin keçmiş rəhbəri – mühafizəkar Mustafa Purməhəmmədi 80,5 min səs toplayıb.