İranda prezident seçkiləri: üç nəfərin namizədliyi təsdiqlənibbackend

İranda prezident seçkiləri: üç nəfərin namizədliyi təsdiqlənib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın seçki qərargahının üzvü Möhsün Eslami İslam Respublikası prezident seçkilərində üç namizədin qeydə alındığını açıqlayıb.

“Bu günə kimi qeydiyyat üçün sənədləri təqdim etmiş şəxslərdən yalnız üç namizədin tələblərə uyğundur və onların qeydiyyatı təsdiqlənib”, – Möhsün Eslami deyib.

Qeyd edək ki, namizədlərin qeydiyyatı bu gün başlayıb və beş gün davam edəcək. Keçmiş dövlət başçısı İbrahim Rəisinin vəfatı ilə əlaqədar növbədənkənar prezident seçkiləri iyunun 28-nə təyin edilib.

//Samir Qurbanov, Editor.az