İranda qadınlar hicabı çıxardılar – “Hicaba yox!” kampaniyası – VİDEObackend

İranda qadınlar hicabı çıxardılar – “Hicaba yox!” kampaniyası – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial şəbəkələrdə yayılan videolara görə, ölkədə hicabla bağlı hökumətin sərt tədbirlərini artırması səbəbindən, iranlı qadınlar ölkənin müxtəlif şəhərlərində #icbarihicabayox həştəqi ilə kampaniya başladıblar.

Milli.Az xəbər verir ki, onlar küçələrdə hicablarını açaraq, İran hökumətinin sərt qanunlarına etirazlarını bildiriblər.

İranda icbari hicaba qarşı çıxan fəalların öncədən çağırışına əsasən, sosial şəbəkələrdə yayılan videolar göstərir ki, hökumətin “hicab və iffət günü” adlandırdığı gün çox sayda qadın #İcbariHicabaYox həştəqli kampaniyanı geniş şəkildə alqışlayıb və ümumi yerlərdə öz yaylıqlarını çıxarıblar.