İranda qatar relsdən çıxıb: Çoxlu sayda ölü və yaralı varbackend

İranda qatar relsdən çıxıb: Çoxlu sayda ölü və yaralı var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda qatar qəzası baş verib. Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, Yezd şəhərinə gedən qatarın 4 vaqonu Tabas rayonu yaxınlığında relsdən çıxıb.

Hadisə yerinə çox sayda polis və xilasetmə qrupları cəlb olunub.

Rəsmi məlumata görə hadisə zamanı 17 nəfər ölüb, 50 nəfər isə yaralanıb. Bildirilib ki, xilasetmə tədbirləri davam etdikcə ölü sayının artacağı gözlənilir.

Qeyd edək ki, qatarda 348 sərnişin olub.

//Nəzərbəy Hacıağayev, Editor.az