İranda qaz kəmərində yanğın baş veribbackend

İranda qaz kəmərində yanğın baş verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gecə İranın mərkəzində yerləşən Borujen şəhərində partlayış baş verib – qaz kəməri partlayıb və hazırda hadisə yerində alov tüğyan edir.

Editor.az bildirir ki, bu barədə İranın “Mehr” xəbər agentliyi xəbər verib. “Dəhşətli partlayış səsi və onun törətdiyi yanğın Borujen şəhərində Halvai aşırımı ilə Beldaji şossesi arasında ölkənin magistral qaz kəmərində (xətt 65) baş verib.

Tələfat barədə məlumat yoxdur”, – Mehr bildirir. Yanğını söndürmək mümkün deyil. Şəhər rəhbəri Fəth Kareminin izah etdiyi kimi, yanğın “boruda qalan qaz həcmi tamamilə yanana qədər” davam edəcək.

Borujendən İranın digər bölgələrinə qaz nəqli dayandırılıb. İlkin məlumatlara görə, qəza Borujen, Çaharmaxale və Bəxtiyari əyalətinin rayonlarını əhatə edib. Hadisə yerində yanğınsöndürənlər və xilasedicilər işləyir.

//Samir Qurbanov, Editor.az