İranın Baqe-Malek vilayətində yaşayış binasında qaz partlayışı nəticəsində 6 nəfər həlak olub
Editor.az xəbər verir ki, bu barədə əyalət təcili yardım xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Aref Asle-Şarxani bildirib.
Faciə səhər tezdən, yerli vaxtla saat 6:30-da baş verib. Qaz partlaması nəticəsində bir qadın və beş kişi ölüb. Partlayışın səbəbləri açıqlanmayıb.
//Samir Qurbanov,Editor.az