İsrail və ABŞ İranın cənub-qərbində və mərkəzində bir boru kəmərinə və qaz paylama stansiyasına (GDS) zərbə endirib.
Agentliyin məlumatına görə, zərbələr İsfahandakı GDS binasına və İraqla sərhəddə yerləşən Xorrəmşəhr şəhərindəki elektrik stansiyasına gedən qaz boru kəmərinə endirilib. Hücumlarda heç bir itki qeydə alınmayıb. Agentlik əlavə edib ki, qaz infrastrukturu obyektlərinə və yaxınlıqdakı yaşayış binalarına maddi ziyan dəyib.
Xatırladaq ki, martın 21-dəa Prezident Donald Tramp bildirib ki, əgər Hörmüz boğazı 48 saat ərzində gəmiçilik üçün tam açılmasa, ABŞ bir neçə İran elektrik stansiyasını məhv edəcək. Buna cavab olaraq İran Silahlı Qüvvələrinin Baş Qərargahı xəbərdarlıq edib ki, Vaşinqton elektrik stansiyalarına hücum edərsə, bölgədəki ABŞ enerji və informasiya infrastrukturuna zərbə endirəcək. Maetın 23-də ABŞ lideri Vaşinqton və Tehran arasında “məhsuldar danışıqlar” adlandırdığı bir vaxtda İranın enerji infrastrukturuna mümkün zərbələrin beş gün təxirə salınmasını əmr edib.
Musavat.com

