İranda SEPAH zabitləri öldürüldübackend

İranda SEPAH zabitləri öldürüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) zabitləri öldürülüb.

Oxu.Az bu barədə “Azad İran” “Telegram” kanalına istinadən məlumat verir.

Qeyd olunub ki, İranın cənub-şərqində yerləşən Sistan və Bəlucistan əyalətinin Zahidan şəhəri yaxınlığında SEPAH-ın iki üzvü olan avtomobilə silahlı hücum edilib. Nəticədə hər iki şəxs – SEPAH-ın Bəsic təşkilatının iki üzvü: Məhəmmədrza Şahuzi və İsmail Şahuzi həlak olub.

Məlumata görə, hücum mühafizə olunan ərazidə patrul zamanı baş verib.