İranda sərnişin təyyarəsi təcili eniş edibbackend

İranda sərnişin təyyarəsi təcili eniş edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda sərnişin təyyarəsi təcili eniş edib.

Editor.az APA-ya istinadən bildirir ki, yerli vaxtla saat 07:47 radələrində Tehran şəhərindən Pakistanın Kəraçi şəhərinə uçan təyyarə İranın Zahidan şəhərində təcili eniş edib.

Təyyarənin təcili eniş etməsinə səbəb Kəraçi hava limanında dumana görə eniş etməyin mümkün olmaması göstərilib.

Məlumata görə, sərnişinlərdən xəsarət alan olmayıb.

Təyyarə eniş etdikdən 2 saat sonra yanacaq dolduraraq yenidən Kəraçi istiqamətinə uçub.