İranın Sistan-Bəlucistan əyalətində silahlı qrupla təhlükəsizlik qüvvələri arasında silahlı qarşıdurma baş verib.
bu barədə İran dövlət televiziyası məlumat yayıb.
İnqilab Keşikçiləri Qvardiyasının Qüds qərargahı yaxınlığında təhlükəsizlik qüvvələri ilə silahlı qruplaşma arasındakı toqquşma nəticəsində 3 mühafizəçi və 5 yaraqlı ölüb.
Əməliyyatlarda silahlı qruplara aid bütün düşərgə və sığınacaqların məhv edildiyi bildirilib.
Ölkə.az

