İranda şübhəli zəhərlənmə faktları ilə bağlı istintaq başladılıbbackend

İranda şübhəli zəhərlənmə faktları ilə bağlı istintaq başladılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Noyabr ayından İranın 4 şəhərində, Qum, Tehran, İsfahan və Burucerddə 14 məktəbdə 3 ayda 650 qız şagird zəhərlənib.

Editor.az xarici mediaya istinadən bildirir ki, bu hadisədən sonra qızların məktəbə getməməsi üçün qəsdən zəhərləndiyi iddiaları ortaya atılıb.

İran rəsmilərinin verdiyi açıqlamada Kəşfiyyat və Təhsil nazirliklərinin zəhərlənmənin mənbəyini tapmaq üçün birlikdə çalışacaqları açıqlayıb. Əvvəlcə, noyabrın 30-da 18 qız şagird zəhərlənmə faktlarının tapıldığı Qum şəhərindəki orta məktəbdə xəstəxanaya yerləşdirilib. Digər şəhərlərdəki qız məktəblərində də oxşar halların tapılması müzakirələri qızışdırıb.

Ölkənin Səhiyyə Nazirliyi bu halların yüngül şəkildə qarşısının alındığını açıqlayıb və zəhərlənmələrin ölümcül olmadığını, panika yaradılmasına ehtiyac olmadığını vurğulayıb.

//Safura Bənnayeva, Editor.az