İranda ötən sutka ərzində koronavirusdan 57 nəfər ölüb.
Editor.az Trend-ə istinadən bildirir ki, bu barədə Sima Sadat Lari deyib.
Bildirilir ki, ötən 24 saat ərzində ölkədə 7 065 nəfər koronavirusa yoluxub, 3 789 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
Virusa yoluxanların ümumi sayı İranda 1 466 435 nəfərə çatıb, ölənlərin sayı 58 469 nəfərə yüksəlib. İndiyədək 1 253 554 nəfər koronavirusdan sağalıb.

