İranda tanınmış din xadiminin oğlunun tutulmasının görüntüləri yayıldı – VİDEObackend

İranda tanınmış din xadiminin oğlunun tutulmasının görüntüləri yayıldı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda tanınmış din xadiminin oğlunun tutulmasının görüntüləri yayılıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

İranın təhlükəsizlik qüvvələri etnik bəlucların din xadimi və daim hökuməti tənqid edən Mövləvi Əbdülhəmidin avtomobilinin Sistan və Bəlucistan əyalətinin Dəştiyari bölgəsinə getməsinə icazə verməyiblər.

Bildirilib ki, din xadimi ailəsi ilə birlikdə sel və daşqından zərərçəkmiş sakinlərlə görüş keçirmək üçün həmin bölgəyə səfər etmək istəyib.

Daha sonra İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) bağlı “Telegram” kanalı adıçəkilən əraziyə gedən Mövləvi Əbdülhəmidin oğlunun “qanunsuz odlu silah gəzdirməkdə” ittiham olunaraq saxlanılması barədə xəbər yayıb.