İranın Kirman vilayətində Qasım Süleymaninin məzarının yerləşdiyi qəbiristanlıq yaxınlığında törədilən 2 kamikadze hücumunda daha 2 nəfərin yaralanması ilə ölənlərin sayının 91-ə yüksəldiyi bildirilib.
Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, hücum zamanı yaralanan və xəstəxanaya yerləşdirilənlərin vəziyyəti barədə məlumat verən Təcili Yardım Mərkəzinin sözçüsü Babək Yektaperest daha iki nəfərin öldüyünü açıqlayıb.
Hazırda xəstəxanalarda 102 nəfərin müalicəsinin davam etdiyini, onlardan 11-nin vəziyyətinin ağır olduğunu bildirilib.
Yanvarın 3-də İnqilab Keşikçiləri Ordusu Qüds Qüvvələrinin komandiri Süleymaninin 2020-ci ilin yanvarında ABŞ-ın Bağdaddakı hücumunda öldürülməsinin 4-cü ildönümündə anım mərasiminin keçirildiyi Kirmandakı qəbiristanlığa gedən yolda iki partlayış baş verib.
İran rəsmiləri partlayışların kamikadze hücumları nəticəsində baş verdiyinin müəyyən edildiyini açıqlayıb.
Hücumlarda aralarında qadın və uşaqların da olduğu 89 nəfərin həyatını itirdiyi, 284 nəfərin yaralandığı yaxınlarda açıqlanmışdı.
Qeyd edək ki, hücumlara görə məsuliyyəti DEAŞ terror təşkilatı üzərinə götürüb.
Hadisədən sonra başladılan əməliyyatlarda 6 əyalətdə 11 nəfərin saxlanıldığı, kamikadzelərdən birinin Tacikistan vətəndaşı olduğu müəyyən edilib.
//Səbinə Hüseynli, Editor.az