İranda təyyarə qəza enişi etdi – Yaralılar varbackend

İranda təyyarə qəza enişi etdi – Yaralılar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda Məşhəddən İsfahana uçan təyyarə qəza enişi edib.

İran KİV-də yer alan məlumata görə, göyərtəsində 110 sərnişin olan təyyarə İsfahan hava limanında eniş edərkən sol təkərində yaranan texniki nasazlıq təyyarənin eniş zolağından çıxmasına səbəb olub.

 

Məlumata görə, sərnişinlərdən 3 nəfər xəsarət alıb, digər sərnişinlər təcili təxliyə olunub. Hadisənin başvermə səbəblərini araşdırmaq üçün Tehrandan İsfahana xüsusi təhqiqat qrupu ezam olunub.