İranda vertolyot qəzaya uğrayıbbackend

İranda vertolyot qəzaya uğrayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın qərbində yerləşən İlam vilayətində təcili yardım vertolyotu havaya qalxarkən aşağı yüksəklikdən qəzaya uğrayıb.

Editor.az Trend-ə istinadən bildirir ki, bunu İranın İlam Şəhidlər Aeroportunun direktoru Cavad Yeganə deyib.

C.Yeganənin sözlərinə görə, təcili yardım vertolyotuna ciddi şəkildə ziyan dəyib. Qəzada vertolyotda olan 2 tibb işçisi və iki pilot xəsarət almayıb.

Yeganə deyib ki, hazırda vertolyot İlam şəhərində uçuş zolağındadır və hadisənin baş verməsi səbəbi araşdırılır.