İranda yeni prezident seçildikdən sonra Tehran-Bakı münasibətləri necə davam edəcək?- Millət vəkili ŞƏRH EDİRbackend

İranda yeni prezident seçildikdən sonra Tehran-Bakı münasibətləri necə davam edəcək?- Millət vəkili ŞƏRH EDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İranın növbəti prezidentinin kim olacağının dünya ictimaiyyətinin diqqət mərkəzində olması təbiidir. İran Asiya və Yaxın Şərq regionunun əhəmiyyətli dövlətlərindən biri kimi beynəlxalq münasibətlər sistemində özünəməxsus rola malikdir. Azərbaycanla bu ölkəni yaxın qonşuluq, tarixi, dini, mədəni əlaqələr bağlayır. Ələlxüsus, 44 günlük müharibədən sonra Azərbaycanın yaratdığı reallıqlar əməkdaşlıq üçün yeni imkanlar açmışdır”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

Millət vəkilinin sözlərinə görə, may ayının 19-da Prezidentlər İlham Əliyevlə Ebrahim Rəisinin iştirakı ilə istismara verilən “Xudafərin” və “Qız Qalası” su qovşaqları hər iki xalqın inkişafına, sosial rifahına xidmət edən müştərək layihələrdir:

“Yeni seçiləcək prezident sələfinin razılaşdırdığı istiqamətdə addımlar atarsa, bu tipli layihələrin icrası planlaşdırılır. Azərbaycan dövləti İranla münasibətlərin normallaşmasında, əməkdaşlıqda maraqlı olduğunu dəfələrlə sübut edib. Yeni hakimiyyət formalaşdıqdan sonra Zəngəzur dəhlizinin açılacağı məsələsində o qədər də nikbin deyiləm. İranda dövlət başçısı Ali dini rəhbər sayılır və daxili, xarici siyasətdə əsas səlahiyyətlər ona məxsusdur. İstər prezident, istərsə parlament seçkilərində rəhbərin razılığı olmadan heç kim iştirak edə bilməz.  İştirak etsə belə seçilməsi qeyri-mümkündür.  Düşünürəm ki, yeni prezident Seyid Əli Xamaneinin rəhbərlik etdiyi mühafizəkar dini  düşərgənin nümayəndələrindən biri seçiləcək. Hələ namizədlərin siyahısı təqdim olunmayıb. Yaxın günlərdə onların adları bəlli olacaq. Ondan sonra Tehran-Bakı münasibətlərinin necə cərəyan edəcəyi ilə bağlı fikirlər bildirmək olar. Gözləyək, İnşəallah yaxşı olar. İndiki şəraitdə İranla Azərbaycanın normal münasibətlər tarixi zərurətdir”.

//Gülnarə Abasova, Editor.az