İrandakı zəlzələdə xəsarət alanların sayı 800-ü keçib – FOTObackend

İrandakı zəlzələdə xəsarət alanların sayı 800-ü keçib – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın şimal-qərbində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 3 nəfər olub, 816 nəfər yaralanıb.

Bu barədə İSNA agentliyi məlumat yayıb.

——-

09:36

İranın şimal-qərbində yerləşən Qərbi Azərbaycan vilayətinin Xoy rayonunda baş verən zəlzələ nəticəsində 3 nəfər ölüb, 580 nəfər yaralanıb.

Editor.az Trend-ə istinadən xəbər verir ki, bu barədə İran KİV-ləri məlumat yayıb.

Xatırladaq ki, ötən gün İranda 5,9 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Xoy şəhərindən 8 kilometr cənub-qərbdə, ocağı isə 15 kilometr dərinlikdə yerləşib.